Lavrovdan MÜHÜM AÇIQLAMA:

Antalyada keçirilən Rusiya-Ukrayna sammitindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Lavrov bildirib ki, Ərdoğanın istəyi ilə baş tutan görüş əsnasında Türkiyə prezidentinin təklifini qəbul ediblər.

"Biz hər cür təmasların tərəfdarıyıq. Bu ona görədir ki, istəyirik ki, Ukrayna böhranı həll olunsun. Bizim üçün bu münasibətlər dəyərlidir və ümid edirik ki, ukraynalı həmkarlarımız da bu danışıqların əsas mövzusundan kənara çıxmayacaqlar".

Rusiya XİN rəhbəri danışıqlar zamanı təsdiqləyib ki, Moskvanın Ukraynada gündəlik humanitar dəhlizlər açmaq təşəbbüsü qüvvədə qalır.

"Onların marşrutları və necə hərəkət edəcəkləri Ukrayna tərəfi ilə birlikdə müəyyən ediləcək. Ən uyğun təhlükəsiz marşrutlar seçiləcəkdir. Belarusda konkret addımların atıldığını və qanun layihəsinin hazırlandığını həmkarlarımıza da xatırlatdıq. Ukraynalı həmkarlarımız Kiyevdə bunun üzərində işləyəcəklərini və cavab verəcəklərini bildiriblər. Biz düşünürük ki, Belarusdakı danışıqlar çox vacibdir".

Lavrov onu da qeyd edib ki, Rusiya Ukraynaya hücum etməyib və başqa ölkələrə hücum etməyi planlaşdırmır.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR