Azərbaycan milli komandasının kikboksçusu Məhəmməd İmanov WJF döyüş təşkilatının kəmərini qazanıb.

Azərbaycan Kikboksinq Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yarışda yerli ölkəni təmsil edən erməni əsilli Qela Xoceliani ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən İmanov kəmərin sahibi olub.

Qeyd edək ki, Məhəmməd İmanov gənclər arasında WAKO versiya üzrə Avropa birinciliyinin qalibi, dünya çempionatının gümüş medalçısıdır.