Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vida mərasiminin keçiriləcəyi yer açıqlanıb.

Bu barədə Metbuat.az-a Kinematoqrafçılar İttifaqından məlumat verilib.

"Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-da, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq", - İttifaqdan bildirilib.

Qeyd edək ki, mərhumun nəşi martın 15-də Bakıya gətiriləcək.