Çeçenlərin lideri and içdi: Rusiya ordusuna qarşı döyüşəcəm -

Ukraynada çeçenlərdən ibarət iki böyük qrup Rusiya ordusuna və Rusiya ordusu sıralarında döyüşən çeçenlərə qarşı mübarizə aparır.

Metbuat.az xəbər verir ki, Ukrayna ordusu sıralarında döyüşən çeçenlərin lideri Adam Osmayev həyat yoldaşının 5 il əvvəl rus qüvvələri tərəfindən öldürüldüyünü ifadə edərək, Moskvaya qarşı mübarizəni davam etdirəcəyinə dair and içib.

Xarici KİV-lərin məlumatına görə, hazırda Ukraynada Kiyevi dəstəkləyən iki böyük çeçen qrup var. Onlardan biri Dudayevin dəstəkçiləridir. Digər qrup isə Ramzan Kadırova qarşı mövqeyi ilə seçilir. Məlumata görə, bu qruplar 2014-cü ildən bəri rusiyameyilli qüvvələrə və Rusiya ordusuna qarşı mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR