Putinin yaxın adamının gəmisinə yanacaq verilmir

Rusiya prezidenti Vladimir Putinin yaxın adamı Vladimir Strazalovskiyə məxsus bahalı istirahət gəmisi Norveçdən ayrıla bilmir.

Metbuat.az xəbər verir ki, buna səbəb gəmiyə yanacağın satılmamasıdır. Bildirilir ki, Putinə yaxınlığı ilə bilinən şəxslər sanksiyaya məruz qaldığına görə, gəmiyə yanacaq satılmır.

Heyət üzvləri gəminin icarədə olduğunu ifadə edərək, gəmiyə tətbiq edilən sanksiyanın qanunsuz olduğunu ifadə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR