Zelenskidən ÇAĞIRIŞ:

Ukrayna prezidenti Volodimir Zelenski müharibəyə qoşulmaq istəyən muzdlu əsgərlərə çağırış edib.

Metbuat.az xəbər verir ki, bu barədə prezident "Telegram" hesabında paylaşdığı videomüraciətdə danışıb. Rusiya-Ukrayna müharibəsinin 22-ci gününü dəyərləndirən Zelenski Rusiyanın muzdlu əsgərləri savaşa cəlb etməyə çalışdığını qeyd edərək onlara çağırış edib: "İndi isə hər kəsə, Ukrayna ərazisində işğalçılara qoşulmağa cəhd edəcək hər kəsə xəbərdarlıq edirəm. Bu, sizin ən pis qərarınız olacaq. Çox yaşamaq sizə təklif olunan puldan yaxşıdır", - deyə o qeyd edib.

Minlərlə rus əsgərinin əsir düşdüyü, 13 mindən çox əsgərin öldüyünü məlumatını paylaşan Zelenski, rus ailələrinə də səslənib: "Biz bu müharibəni istəmirik. Biz sadəcə sülh istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR