Merih Avroliqanın ən yaxşı oyunçusu seçildi

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə "Atalanta"nın oyunçusu Merih Demiral 1-ci olub. Türkiyə millisinin üzvü Tomaş Souçek ("Vest Hem", İngiltərə), Pedri ("Barselona", İspaniya) və Abel Ruisi ("Braqa", Portuqaliya) qabaqlayıb.

Qeyd edək ki, M.Demirel Avropa Liqasının 1/8 finalında "Bayer"lə cavab görüşündə (1:0) komandasının yeganə qolunun ötürməsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR