Türkiyə İstanbul boğazını

Türkiyə İstanbul boğazını gəmilərin hərəkəti üçün tamamilə bağlayıb.

Metbuat.az xəbər verir ki, müvəqqəti xarakter daşıyan bu qadağaya səbəb boğazdan keçən kargo gəmilərindən birində yaranan nasazlıq olub.

Sahil Təhlükəsizlik Xidmətindən verilən açıqlamada bildirilir: "Kocaelidən Köstenceyə hərəkət edən "ANNAMARİA D" adlı kargo gəmisində Poyrazköy yaxınlarında nasazlıq yaranıb. Nəticədə boğazdan hərəkət tamamilə dayandırılıb. Nasazlıq yaranan gəmi isə xilasetmə botlarımız vasitəsilə gedəcəyi ünvana çatdırılıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR