Ukrayna səfiri xalqımızı təbrik etdi

“Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm!”.

Metbuat.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook”dakı paylaşımında bildirib.

“Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, əziz azərbaycanlılar, əminəm ki, biz ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi və şən görüşlərin xoşbəxtliyini yenidən hiss etmək üçün bu zülməti dəf edəcəyik!”,- deyə səfir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR