Bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin -

Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan sonra Azərbaycan xalqına təbrikində söyləyib.
Prezident bildirib ki, Qarabağ diyarında sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövləti və Azərbaycan Silahlı Qüvvələridir.

“Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”, - deyə dövlətimizin başçısı vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR