Ukrayna MN:

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, nazirlikdən bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.

“Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib".

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib: “Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR