Liderlərin toplantısı zamanı baş nazir özünə nəzarəti “itirdi” - “Utancverici davranış”:

Ötən gün Brüsseldə keçirilən NATO liderlərinin görüşü zamanı Böyük Britaniyanın baş naziri Boris Consonun davranışları və geyimi diqqət çəkib.

Metbuat.az xəbər verir ki, liderlərin “ailə fotosu” zamanı Consonun əlləri belinin üstündə platformada gəzməsi müzakirələrə səbəb olub. Consonun daha sonra əllərini pencəyinin cibinə salaraq gəzməsi, pencəyinin düymələrini bağlamaması sosial media istifadəçiləri tərəfindən təndiq olunub.

Ardınca, Consonun ABŞ prezidenti Co Baydenin fransalı həmkarı Emmanuel Makronla söhbət edərkən onların arasına girərək, ayırması diqqət çəkib. İngilislər Consonun bu davranışlarını liderə yaraşmayan utancverici hesab ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR