Rusiya ordusunun Kiyevi mühasirəyə almaq planı iflasa uğradı -

Rusiya ordusunun Kiyevi mühasirəyə almaq cəhdləri uğursuz olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun yayımladığı kəşfiyyat hesabatında deyilir. Bildirilib ki, bununla belə Rusiya ordusunun yeni cəhdlər edəcəyi mümkündür. Ruslar Borispil və Brovary şəhərlərini ələ keçirərək, Kiyevi şərqdən mühasirəyə almağa çalışacaq. Məlumata görə, Rusiya ordusunun Sumı və Xarkov şəhərlərini ələ keçirmək cəhdlərinin də qarşısı alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR