"Oskar" sahiblərini tapdı -

ABŞ-nin Los-Anceles şəhərində "Oskar" mükafatlandırma mərasimi baş tutub.

Metbuat.az xəbər verir ki, ABŞ aktyoru və musiqiçisi Vil Smit “Kral Riçard” filmindəki roluna görə "ən yaxşı aktyor” nominasiyası üzrə "Oskar" mükafatı alıb.

Dodijeljeni Oskari 2022: Donosimo listu dobitnika

Cessika Çesteyn isə “Temmi Feyin gözləri" filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə "Oskar" mükafatının sahibi olub. Bu Cessika Çesteynin üçüncü "Oskar" nominasiyasıdır. Daha əvvəl o, "Qulluqçu" və "Bir nömrəli hədəf" filmlərindəki rollarına görə adıçəkilən mükafata namizəd olmuşdur. İkinci film aktrisaya Qızıl Qlobus qazanıb.

Jessica Chastain Wins Best Actress at Oscars 2022 | Vanity Fair

Müsabiqədə eyni zamanda rejissor Şan Heyderin "Kar valideynlərin uşağı" filmi "ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatını qazanıb. Müsabiqə zamanı Qreq Freyzer “ən yaxşı operator işi” ("Dyuna"), “Enkanto” “ən yaxşı cizgi filmi” nominasiyası üzrə, “Şüşətəmizləyən” “ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” qazanıblar.

Eyni zamanda ifaçı Billi Ayliş Ceyms Bondun son filmi "Ölmək zamanı deyil" ekran əsərindəki mahnısına görə "Oskar" alıb.

Qeyd edək ki, “Oskar” mükafatlandırma mərasimində Rusiya- Ukrayna müharibəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR