Hava hücumundan müdafiə bölmələri döyüş atışlı təlimlər keçirib -

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.
Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR