Prezident Administrasiyasının yeni Vətəndaş Qəbulu Mərkəzinə bu avtobuslar gedir -

Prezident Administrasiyasının yeni istifadəyə verilən Vətəndaş Qəbulu Mərkəzinə gedən marşrut avtobusları açıqlanıb.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79 ünvanında yerləşən mərkəzə metronun "İnşaatçılar" stansiyasından 17, "N.Nərimanov" stansiyasından 24, "28 May" stansiyasından 27, "20 Yanvar" stansiyasından isə 211 nömrəli marşrut gedir.

Bundan başqa 2, 7A, 7B, 93 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar da Mərkəzin yaxınlığından keçir.

Qeyd edək ki, mart ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışında iştirak edib. Mərkəzdə həm ilk dəfə qəbula gələn, həm də əvvəlcədən qəbula yazılan vətəndaşlar üçün iki qeydiyyat köşkü quraşdırılıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçib müvafiq ardıcıllığa riayət etməklə qəbula yazıla və müraciət edə biləcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR