Ukraynada həlak olan uşaqların

Rusiyanın işğalı başlayandan bəri Ukraynada ən azı 144 uşaq ölüb, 220 uşaq yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın insan haqları üzrə komissarı Lyudmila Denisova məlumat yayıb.

Qeyd edək ki, ötən cümə axşamı BMT-nin uşaq Fondu (UNICEF) Ukraynadakı uşaqların təxminən yarısının - 4,3 milyonunun münaqişə nəticəsində evlərini tərk etdiyini açıqlayıb.

UNICEF-in məlumatına görə, 1,8 milyon ukraynalı uşaq başqa ölkələrə gedib, 2,5 milyon azyaşlı isə köçkün vəziyyətinə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR