Ərdoğanın gəlişini böyük çoşqu ilə qeyd edirlər -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri münasibətilə paytaxt Daşkəndin mərkəzi yollarında Türkiyə və Özbəkistan bayraqları asılıb.

Metbuat.az xəbər verir ki, Türkiyə liderini böyük çoşqu ilə qarşılamağa hazırlaşan paytaxt küçələrindəki lövhələrdə “Xoş gəldiniz” sözləri yazılıb. Lövhələrə Ərdoğanın fotoları yerləşdirilib.

Qeyd edək ki, Ərdoğanın Özbəksitana səfəri yaxın saatlarda başlayacaq və iki gün davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR