Prezident mafiya üzvlərinə meydan oxudu: Sizi gün üzünə həsrət saxlayaram -

Mərkəzi Amerika ölkəsi Salvadorda mafiya qruplaşmalarının fəallaşması Prezident Natib Bukeleni qəzəbləndirib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı mafiya üzvlərini paylaşdığı foto ilə təhdid edib. O yazıb:

“Son günlər nəzarətə götürdüyümüz min nəfərdən əlavə 16 min mafiya üzvü saxlanılıb. Hər şeylərini əllərindən aldıq. Daha günəş üzünə həsrət qalacaqlar”.

Qeyd edək ki, son bir həftə ərzində mafiya üzvlərinin qarşıdurması nəticəsində 87 nəfər həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR