Fransadan FİASKO: Makron Ərdoğana məğlub oldu /

“Fransa Rusiya və Ukrayna arasında vasitəçilik etmək məsələsində Türkiyəyə uduzub”.

Metbuat.az xəbər verir ki, Fransanın “Contrepoints” nəşrinin İstanbuldakı danışıqlara dair məqaləsində belə deyilir. Məqalədə qeyd edilir ki, İstanbul görüşündən sonra tərəflərin müsbət mesajlar verməsi sevindiricidir. İstanbul görüşü həm də Fransanın vasitəçilik məsələsində Türkiyəyə uduzmasının təsviridir. Müəllif qeyd edir ki, bu “məğlubiyyət” Fransanın timsalında ümumilikdə Avropa İttifaqı ölkələrinin siyasi məsələlərə müdaxilə etmək imkanlarının olmadığını ortaya qoyur.

Müəllifin sözlərinə görə, Türkiyənin bu uğurunun arxasında Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət dayanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR