Xalq artisti

Xalq artisti Zülfüqar Abbasov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, uzun sürən xəstəlik səbəbindən 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Zülfüqar Qulu oğlu Abbasov 1940-cı ilin may ayında qədim Borçalı mahalında anadan olub. Rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir şəhər Məziyə Davudova adına Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR