AFFA "Qarabağ" və "Sumqayıt" klublarını cərimələyib

AFFA İntizam Komitəsi "Sumqayıt" və "Qarabağ" klublarını cərimələyib.

Metbuat.az xəbər verir ki, buna komandaların Premyer Liqanın XX tur oyunlarındakı intizamsızlığı səbəb olub.

"Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Keşlə" ilə, "Qarabağ"ın eyni sayda oyunçusu isə "Zirə" ilə səfər matçlarında sarı vərəqə ilə cəzalandırıldıqları üçün klublar 800 manat cərimə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR