Kopenhagen, 31 may, Rauf Əliyev, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü Danimarkadakı geniş qeyd olunub. Bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagendəki “Azərbaycan Evi”ndə keçirilən tədbirdə ölkə ictimaiyyətinin təmsilçiləri, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.
“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi çıxış edərək əlamətdar bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açan Səfər Sadiqi bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın 97 il əvvəl məhz ölkəmizdə qurulması xalqımızın demokratik inkişaf və müstəqillik əzminin göstəricisidir. Həmin dövrdə demokratik dövlət quruculuğu istiqamətində atılmış addımlar Azərbaycanın şanlı tarixində böyük mərhələnin əsasını qoyub.
Sonda Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən sənədli filmlər nümayiş olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Kopenhagen