Azad olunan ərazilərdə daha 165 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 68, tank əleyhinə 97 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 306,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayının 10-dan bu ilin fevralın 28-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 668, tank əleyhinə 4 962 mina və 14 347 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 7 866 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR