"Buça qətliamı son olmaya bilər" -

"Qərb hər bir vəchlə bu savaşın uzanmasını, Rusiyanın daha çox güc itirməsini arzulayır. Başa düşüləndir, lakin bir qədər tələsmək lazımdır. Çünki Buça qətliamı son olmaya bilər".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Rusif Məmmədsoy deyib. Onun sözlərinə görə, Rusiyanın indiki məqamda nələr edə biləcəyini, hətta nüvə silahından istifadə edə biləcəyini hər kəs anlamağa başlayıb.

"Bu proseslər mənə İkinci Dünya Müharibəsini xatırladır. O zamankı Birləşmiş Ştatlar ilə indiki arasında ciddi fərq yoxdur. Dovşana "qaç" tazıya "tut" siyasətini davam etdirir. O zamanlar ABŞ hegemon ölkə deyildi. Dünya savaşında silah alış-verişi nəticəsində, borc verməklə bir sıra ölkələri özündən asılı vəziyyətə saldı. Nəticədə güllə atmadan demək olar ki, qaliblər sırasına adına yazdırdı. İndi də Ukraynada "könüllü" döyüşən hərbçilərin əslində peşəkarlad olduğunu söyləməyə gərək yoxdur məncə. NATO, daha dəqiq desək Birləşmiş Ştatlar savaşın sonlarına doğru açıq şəkildə daxil olacaq və yenə də Rusiya üzərində qələbəni öz adına yazmağa çalışacaq".

Siyasi şərhçi onu da qeyd etdi ki, bu da bir həqiqətdir ki, Rusiya bu hücum ilə əslində Birləşmiş Ştatların Avropada zəifləmiş mövqeyini daha da möhkəmləndirmiş oldu.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR