Şahnaz Əhədova Azərbaycanın uğurlu kosmetoloqu seçildi -

Həkim-kosmetoloq Şahnaz Əhədova uğurlu işləri ilə daim diqqət mərkəzindədir. Mütəmadi olaraq yerli və xarici konfrans və təlimlərdə iştirak edərək bilik və bacarıqlarını daha çox artırır və qazandığı bilikləri peşəsində uğurla tətbiq edir.

Məhz bu uğurlu fəaliyyətinə görə, o, ötən ay "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Successful Aesthetic Beauty Doctor" mükafatına layiq görülüb.

Pasiyentlərinin sevgisini və inamını qazanan Ş. Əhədovanın sözlərinə görə, Həkim əməyinin ən böyük mükafatı pasiyentlərinin müsbət rəyləridir.

Gələcək planlarında söhbət açan peşəkar həkim üz-cərrahiyyəsi sahəsində püxtələşmək istədiyini bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR