Uşaqlar nə üçün dırnaq yeyir?

“Uşaqlarda dırnaq yemə geniş yayılmış problemdir. Bu bəzən vərdiş halını da alır”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, buna səbəb dəmir azlığı da göstərilir: “Çox zaman buna səbə dəmir azlığı səbəb olur. Dırnaqların altında çox sayda viruslar olur ki, uşaqlar bu yolla asanlıqla yoluxurlar. Ona görə də problemi vaxtında aradan qaldırmaq lazımdır. Mümkün olmadıqda həkimlə məsləhətləşmək tövsiyə edilir",- deyə həkim qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR