"Çelsi" "Real Madrid"ə məğlub olub -

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki matçına yekun vurulub.

Metbuat.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı İngiltərədə "Çelsi" ilə İspaniya "Real Madrid"i arasında baş tutub. Görüş "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kərim Benzema het-trik edərək komandasına qalibiyyət qollarını bəxş edib. Meydan sahiblərinin yeganə qolunu isə Kay Haverts vurub.

Bundan başqa, gecənin digər matçı da Almaniya "Bavariya"sı ilə İspaniyada "Vilyarreal" arasında olub. "Vilyarreal" 1:0 hesablı qələbəsi ilə meydandan qalib komanda olaraq ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR