İstanbulun "Fənərbağça" klubu azarkeşlərini sevindirən açıqlama ilə çıxış edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə,, "Fənərbağça"nın ulduz futbolçusu Marko Asensionun zədəsi tamamilə sağalıb. Təcrübəli yarımmüdafiəçinin komanda yoldaşları ilə birlikdə məşqlərə başladığı bildirilir.
Xəbərdə ulduz futbolçunun sentyabrın 20-də baş tutacaq "Fənərbağça" - "Eyüpspor" matçında əsas heyətdə yer alacağı vurğulanır.
Qeyd edək ki, İsmail Kartalın yetirmələri yeni mövsümdə 5 görüş keçirib. İstanbul klubu 7 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.