Xeyriyyəçi Rəna İbrahimova "Global Woman Awards - 2022" tədbirində mükafatlandırıldı -

Rəna İbrahimova 44 günlük Vətən Müharibəsi zamanı mütəmadi olaraq cəbhə bölgəsini ziyarət edib, maddi-mənəvi olaraq hərbçilərimizin və onların ailələrinin yanında olub.

Xeyirxah əməlləri ilə daim seçilən Rəna İbrahimova uzun illərdir ki, ehtiyacı olanlara, qazi, əlil və ailə himayəsindən məhrum olan şəxslərə öz yardım əlini uzadır.

O, dəfələrlə bir çox fəxri diplomlara və fərmanlara layiq görülüb. Həmçinin "Vətən naminə", "Tərəqqi", "Aypara" və "Vətənpərvərlik işində xidmətlərinə görə" medalları ilə də təltif edilib.

Xeyirxah əməlləri ilə daim seçilən Rəna İbrahimova "Reputation İnc." PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Successful Philanthropist" mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR