Ukraynada yüksək rütbəli rus zabit öldürülüb

Ukraynada gedən döyüşlər zamanı Rusiya ordusunun polkovnik-leytenantı olan Georgi Petrun adlı yüksək rütbəli zabit öldürülüb.

Metbuat.az Ukrayna mətbuatında istinadən xəbər verir ki, Petrun Samaranın hərbi komendantı olub.

Rusiyalı yüksək rütbəli zabit Çeçenistan və Suriyada döyüş yolu keçib, sonda isə Ukraynada ölüb.

“Komsomolskaya Pravda”nın yazdığı xəbərə görə, polkovnik-leytenant martın sonunda öldürülsə də, aprelin 5-də Volqoqradda dəfn edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR