Məşhur aktyor öldü

Fransalı teatr və kino aktyoru Mişel Buke 96 yaşında vəfat edib.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, Mişel Buke Paris xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Mişel Buke digər məşhur fransalı aktyor Pyer Rişar ilə birlikdə oynadığı "Oyuncaq" (1976) komediya filmindəki rolu ilə şöhrət qazanıb. O, karyerasında iki dəfə ən yaxşı kino aktyoru nominasiyasında Sezar mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR