Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni təyin olunmuş rəis kimdir? -

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis - İbrahim Müseyib oğlu Əliyev təyin edilib.

Metbuat.az Baş İdarəyə yeni təyin olunmuş rəisin tərcümeyi-halını təqdim edir:

Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə anadan olub.

Ali Peşə Məktəbi–Bakı Kompüter Liseyini, Azərbaycan Dövlət Neft Akademiyasını Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, daha sonra həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində, Bakı Kompüter Liseyində, Azərbaycan Hava Yolları QSC-də, İqtisadi İnkişaf Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir, 2 övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR