Ruslar ardıcıl 8 hücum təşkil etdi:

“Son 24 saat ərzində Rusiya ordusu Donetsk və Luqansk istiqamətində 8 hücum təşkil edib. Lakin hücumların hamısı dəf edilib”.

Metbuat.az xəbər verir ki, Ukrayna Ordusunun Baş Qərargahı belə məlumat yayıb. Bildirilir ki, rus qüvvələr itirdikləri mövqeləri geri almaq və Xarkov şəhərini mühasirəyə almaq üçün cəhdlər edir. Məlumata görə, rus qırıcıları Xarkov, Donetsk və Zaporojye bölgələrindəki hərbi və mülki obyektləri hədəfə alır. Son 24 saat ərzində rusların 5 zirehli texnikası, bir artilleriya sistemi və iki eskadra mina gəmisi məhv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR