Övladını rus bölməsinə qoymaq istəyən valideynlərin

“Azərbaycan dilli ailə övladını rus bölməsinə qoymaq istəyəndə bilməlidir ki, bununla uşaqlarının akademik bilikləri öyrənmək istəyinin qarşısına böyük sədd çəkmiş olurlar”.

Metbuat.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O qeyd edib ki, adətən rus dilli ailənin övladlarının başqa dildə oxuması problem yaratmır: “Çünki uşaq başa düşdüyü dildə elmi daha tez qavrayır. Ona görə də valideynlər bu nüansı nəzərə alsalar yaxşı olar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR