20 general həbs edildi: Putinə şok zərbə - İllərdir qurduğu plan... /

“Rusiya Müdafiə Nazirliyinin 20 generalı həbs edilib”.

Metbuat.az Unian-a istinadən xəbər verir ki, rusiyalı iş adamı, “YuKOS” neft şirkətinin keçmiş rəhbəri Leonid Nevzlin “Moskvadakı mənbələrinə” istinadən belə açıqlama verib. O iddia edib ki, generallar 2014-cü ildən bəri Putinin “işğala hazırlıq” üçün ayırdığı külli miqdarda pulu oğurlayıblar. Nevzlin bu rəqəmin 10 milyard dollar olduğunu irəli sürüb.

Eyni ittihamla Putinin keçmiş müşaviri Vladimir Surkov isə ev dustağı edilib. Rusiya Nevzlinin iddialarına hələlik münasibət bildirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR