​Oruc tutmaq siqareti tərgitməyə kömək edir -

"Oruc tutmaq siqareti tərgitməyə kömək edir".

Mətbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Dr. Volkan Kara deyib. Yaşıl Aypara Elmi Komitəsinin Üzvü Dos. Dr. Volkan Kara Ramazan ayının tütün kimi pis vərdişlərdən uzaq durmaq üçün çox yaxşı bir fürsət olduğunu qeyd edib. Onun sözlərinə görə, 30 gün ərzində sutkada 15 saat siqaret çəkməyən insan, bu aludəçiliyindən rahatlıqla qurtula bilər.

Oruc tutma səbəbiylə yemək-içmə fəaliyyətlərinin 15 saat dayandırıldığını və siqaret aludəçilərinin bu saatları siqaretsiz keçirə biləcəyini izah edən Kara, günün 24 saat olduğu nəzərə alındıqda, yuxu və digər təməl ehtiyaclardan sonra çox az vaxt qalır. Siqaret çəkmə istəyinin yeməkdən sonra “sosiallaşma” deyilən prosesdə və gün ərzində çay-kofe fasilələrində artdığını izah edən mütəxəssis Ramazan ayında bu ehtiyaclar azaldığı üçün siqaretin tərgidə bilməyin mümkün olduğunu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR