ÜST Hindistanı ittiham etdi:

ÜST Hindistanı ölənlərin sayına yenidən baxılmasını gecikdirməyə çalışmaqda ittiham edib.

Metbuat.az "The Guardian" nəşrinə istinadla bildirir ki, Hindistan, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-dan ölənlərin sayını yenidən nəzərdən keçirmək səylərini təxirə salmağa cəhd etməkdə günahlandırılıb. ÜST Hindistanın rəsmi statistikada ölənlərin sayını təqribən 3,5 milyon nəfərdən az saydığını irəli sürüb.

Hindistanda koronavirusdan ölənlərin rəsmi sayı 520,000-dir. Lakin ÜST-nin məlumatlarına dair dərin təhlil və araşdırmalara əsasən, dünyasını dəyişənlərin ümumi sayı 4 milyondan çoxdur ki, bu da dünyada ən yüksək göstəricisi sayılır .

Bu rəqəm elm adamları, məlumat analitikləri və tibbi jurnallar tərəfindən edilən əvvəlki təxminlərə uyğun gəlir ki, Hindistanda Covid-dən ölənlərin həqiqi sayı rəsmi statistikada qeyd olunandan 10 dəfə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR