Ceyhun Bayramov Toivo Klaarla görüşüb

19 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub.

XİN-dən Metbuat.az-a verilən xəbərə görə, tərəflər Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 6 aprel tarixli Brüssel görüşünün davamı olaraq, bölgədə mövcud olan cari vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən Brüssel görüşündə əldə edilən razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün normallaşma istiqamətində irəliləmə, o cümlədən delimitasiya prosesinin başlanması, sülh sazişinin hazırlanması, humanitar addımların davam etdirilməsi və bütün kommunikasiya xətlərinin açılmasının vacibliyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR