Alimlərdən NASA-ya çağırış: "Urana gedin və planeti qoruyun"

Kosmik gəmilər Mars, Venera, Saturn, Yupiter və Merkuriyə baş çəkib. Hətta Yupiterin peykləri də öz kosmik gəmilərini "əldə ediblər". Ancaq Günəş Sistemimizin ucqar nöqtələrində yerləşən buz nəhəngləri Uran və Neptunun bir dənə də olsun xüsusi ziyarətçisi olmayıb.

Metbuat.az sciencealert.com nəşrinə istinadla xəbər verib ki, ABŞ Milli Elmlər Akademiyası NASA-nın növbəti 10 il üçün planını araşdırıb. ABŞ Milli Elmlər Akademiyası NASA-ya tənqidi çağırışlarla hesabat yazıb. Agentlik tarixində ilk dəfə "planetin qorunmasının öncəlik olması" çağırışını edərək NASA-nın Urana kosmik gəmi göndərməli olduğu da qeyd edib.

Tədqiqatçılar hesab edirlər ki, Uranın dərin tədqiqi digər ulduzların ətrafında kəşf edilən çoxlu oxşar ölçülü cisimləri daha yaxşı başa düşməyə kömək edə bilər.

Məlumat üçün bildirək ki, Uran Günəş Sistemində fırlanma oxunun orbit müstəvisinə demək olar ki, paralel olduğu üçün yana əyilmiş yeganə planetdir. Həmçinin, maqnit sahəsi ciddi şəkildə pozulur, Günəş Sistemində heç bir şeyə bənzəməyən halqalara malikdir və hətta sirli rentgen şüaları yayır.


Komitə qeyd edib ki, bu araşdırmalar Uranın təkcə öz "xatirinə" deyil, bütün Günəş sisteminin təkamül tarixini daha yaxşı başa düşməsi üçün əhəmiyyətli araşdırmalara ehtiyac olduğunu göstərir. Uranın halqaları və çoxlu peyki var. Tədqiqatçılar hesab edirlər ki, planetin peykləri okeanlarla doludur.

Urana missiyanın dəyəri 4 milyard ABŞ dollarından çox ola bilər, lakin elmə töhfələri əvəzsiz olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR