Məşhur aktyor 300 min dollar təklif edilən roldan imtina etdi

Məşhur Hollivud aktyoru Conni Depp "Disney"in 300 min dollar müqabilində "Karib dənizinin quldurları" filmində işləmək təklifini rədd edib.

Metbuat.az "ComicBook"a istinadən xəbər verir ki, aktyor canlandırdığı ən məşhur obrazlardan biri olan "Sərçə Cek" rolundan imtina edib. Aktyor deyib ki, "Disney"in onu "Karib dənizinin quldurları"na qaytarmaq üçün təklif edəcəyi heç bir şeyi yoxdur.

Qeyd edək ki, Conni Deppin imtina qərarının səbəblərindən biri keçmiş həyat yoldaşı Amber Hörd ilə məhkəmə çəkişməsidir. "Disney" şirkəti aktyorun keçmiş həyat yoldaşı Amber ona "böhtan" atandan sonra onunla əməkdaşlığı dayandırmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR