Baş Nazir QƏRAR VERDİ -

“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklərdən sonra, bir sıra hüquqi aktlarda uyğunlaşdırma aparılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumu müəyyən edilmiş hissələrdə həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən orqanların və publik hüquqi şəxslərin xəzinə hesabına deyil, tam məbləğdə dövlət büdcəsinə köçürüləcək.

Dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi ilə bağlı dövlət rüsumu müəyyən edilib.

Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılma müddəti 45 gündən 20 günə endirilib.

Mülkiyyət hüquqlarının qeydiyyatı çərçivəsində vərəsəlik nəticəsində əldə edilmiş hüquqların qeydiyyatının da nəzərə alınması dəqiqləşdirilib.

Notariat hərəkətlərinə görə dövlət rüsumunun notarius tərəfindən dövlət büdcəsinə köçürülməsi müddəti iki bank günündən bir bank gününə endirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR