Rusiya Zukerberq və Kamala Harrisə sanksiya tətbiq edib

Rusiya "Meta" şirkətinin rəhbəri Mark Zukerberqə və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harrisə qarşı sanksiya tətbiq edib.

Metbuat.az Forbes-ə istinadən xəbər verir ki, Zukerberqin adı Rusiyanın sonuncu sanksiya siyahısında qeyd edilib. Belə ki, sanksiyalar siyahısına ABŞ-nin 29, Kanadanın 61 vətəndaşı daxildir.

Nəşrin məlumatına görə, Rusiya həmçinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisə də sanksiya tətbiq edib. Siyahıdakı şəxslərin Rusiyaya səyahətinə qadağa qoyub və onların bu ölkədəki aktivləri dondurulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR