Hulusi Akar Reznikovla danışdı

Türkiyə milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Oleksi Reznikovla telefonla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon söhbətində Ukrayna limanlarında gözləyən ticarət gəmiləri və A400 təyyarələrinin Türkiyəyə təhlükəsiz bir şəkildə çatdırılmasının təmin edilməsi məsələləri müzakirə olunub.

Akar Türkiyənin Ukraynaya humanitar yardım üçün əlindən gələni etməyə davam edəcəyini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR