Rusların YENİ PLANI:

Rusiya Ukrayna ərazisinə qanadlı raketlər atmaq üçün Qara dənizdəki sualtı qayıqlardan istifadə edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “The Times” nəşri bildirib.

Nəşrə danışan ekspertlər qeyd edirlər ki, “Kilo” sinifli sualtı qayıqlar mütəmadi olaraq Rusiya limanlarında uzaqmənzilli raketləri və döyüş başlıqlarını artırır və yenidən suyun altına düşür.

Məsələn, aprelin 15-də işğal olunmuş Sevastopol limanında Rusiyanın sualtı qayığına “Kalibr” raketlərinin yükləndiyini göstərən peykdən çəkilmiş foto dərc edib.

Analitik H.Suttonun sözlərinə görə, Qara dənizdə 2500 kilometrə qədər mənzilli “Kalibr” raketlərini buraxa bilən ən azı dörd Rusiyanın sualtı qayığı var.

Nəşrin məlumatına görə, raketlərin 50 metr dərinlikdən buraxılışını hətta peyklərin köməyi ilə aşkar etmək çətindir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR