Türkiyə Suriyaya uçan rus təyyarələri üçün hava məkanını bağladı

Türkiyə hava məkanını Rusiyadan Suriyaya əsgər daşıyan bütün mülki və hərbi təyyarələr üçün bağlayıb.

Metbuat.az xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, belə bir qərar Moskva ilə məsələhətləşərək qəbul edilib.

"Rusiyanın hərbi təyyarələrinə, hətta Suriyaya gedən və əsgər daşıyan mülki təyyarələrə də hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi. Prezidentimiz də Putinə dedi. Sonra uçuşlar dayandı", - deyə Çavuşoğlu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR