Fransada prezident seçkilərinin ikinci turu keçirilir

Fransada prezident seçkilərinin ikinci və həlledici turuna start verilib. Bu gün Bakı vaxtı ilə saat 10:00-da seçki məntəqələri açılıb.

Metbuat.az xəbər verir ki, prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 faizdən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.

Bu gün “Exit-poll”un ilk nəticələri səsvermə başa çatdıqdan sonra - yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR