BMT Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırdı

BMT dinc sakinlərin təxliyəsi üçün Mariupolda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu haqda BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad açıqlama verib.

“Mariupolda təhlükə altında 100 minə yaxın insan var. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər",- deyə Avad bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR