Kamala Harris koronavirusa yoluxub

ABŞ-ın vitse-prezidenti Kamala Harris koronavirusa yoluxub. Onun son vaxtlar Prezident Co Baydenlə və birinci xanımla yaxın təması olmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat katibi Kirsten Allen məlumat yayıb.

Bildirilib ki, Kamala Harrisdə xəstəliyin heç bir simptomu görünməyib. O, özünütəcrid edəcək və vitse-prezidentin rezidensiyasından işini davam etdirəcək. Vitse-prezident Ağ Evə testin nəticəsi mənfi çıxanda qayıdacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR