Leobank - Unibank-ın təqdim etdiyi filialsız bankı artıq

Leobank - Unibank-ın təqdim etdiyi filialsız bankı artıq 300 000 müştəriyə sahibdir

On il əvvəl sizə Leobank haqqında danışsaydılar, buna inanardınızmı? Çox güman ki, xeyr. Nə yaxşı ki, texnologiyalar həyatın və biznesin bütün sahələrinə yol açır və Azərbaycanda internet bankçılıq sürətlə inkişaf edir.

Leobank - smartfonda bank

Filialsız bank necə işləyir?

Qısaca olaraq desək: rahat mobil tətbiq və qayğıkeş dəstək xidməti ilə. İndi isə daha ətraflı.

1. Mobil Tətbiq

Telefonunuzda qara “Leo” işarəsi olan tətbiq yarandıqda, siz artıq praktiki olaraq bank istifadəçisinə çevrilirsiniz.

Həqiqətən də, filiallar olmadığı halda bank sistemində qeydiyyat mümkün qədər sadələşir. Bütün bunlar mobil tətbiqi yükləmək və maksimum üç dəqiqə çəkən qısa formanı tamamlamaqdan ibarətdir. Sənədləri heç yerə aparmağa və ya göndərməyə ehtiyac yoxdur, sadəcə fotoşəkil çəkib yükləmək kifayətdir.

Kartı əldə etmək mümkün qədər asandır. Uyğun vaxtı və yeri qeyd edirik və bank əməkdaşı sizin zərfi ünvana çatdırır. Ev, ofis və ya hər hansı digər qeyd etdiyiniz bir yer – istənilən ünvana sifariş edə bilərsiniz.

Gələcəkdə siz kartla ödəniş və ya onu Apple Wallet-ə əlavə edə bilərsiniz. Leobank kartları Visa bank sisteminin bir hissəsidir, ona görə də onlar təkcə Azərbaycanda deyil, dünyanın istənilən yerində keçərlidir.

Mobil tətbiq təkçə qeydiyyatın açarı deyil, həm də hesabla qarşılıqlı əlaqənin əsas sahəsidir. Sürətli və komissiyasız köçürmələr, cashback seçimi və onun toplanılması, kredit limiti və onlayn alış-veriş - İnternet bankçılığın təklif edə biləcəyi hər şey istifadəçilər üçün təqdim olunur. Bundan əlavə, bir sıra digər rahat funksiyalar da mövcuddur.

Leobank Yardım Masası

Həmçinin Shake to pay funksiyasını da unutmayın. Telefon kitabçanızda Leo kartına sahib olan dostlarınızın siyahısı əks olunur. Ancaq nömrəsi kitabçanızda mövcud olmayan bir şəxsə pul köçürmək lazım olduqda bunu necə etmək olar? Kartın nömrəsinin yazılması ötən əsrə qaldı. Köçürmə etmək istədiyiniz şəxs yaxındadırsa:

  1. Tətbiqi hər iki cihazda açırıq.
  2. Telefonları silkələyirik.
  3. Lokator menyusu açılır və ən yaxın istifadəçi ekranda əks olunur.
  4. Alıcını seçin, məbləği daxil edin və komissiyasız köçürmə edin.

Gördüyünüz kimi, mobil bank artıq tanış olan prosedurları xeyli asanlaşdırır.

2. Dəstək xidməti

Onlayn bank seçərkən dəstəyin həmişə onlayn olacağını gözləyirik. Öyrəşdiyimiz qaydada zəng edib məlumat almaqdan əlavə müasir ünsiyyət üsullarıda mövcuddur. Beləliklə, İnternet Bank müraciətləri mesencecerlərdə də qəbul edir:

  • WhatsApp
  • Telegram
  • Instagram
  • Messenger

Yazmaq həmişə asandır, ona görə də istifadəçilər müxtəlif suallarla 24/7 dəstək komandası ilə əlaqə saxlayırlar. Dəstək xidmətinin əsas məqsədi sadə dildə müştərilərin suallarını cavablandırmaqdır.

Məhz buna görə onlayn bank müştərilərinə bankomatların yerləşdiyi ünvanları, valyuta məzənnəsi və bankın təqdim etdiyi bütün xidmətləri haqqında məlumat verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR